Lavrov: “Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibətini yüksək qiymətləndiririk”

2022/06/sa45d-1656064468.jpg
Oxunub: 304     13:42     24 İyun 2022    
“Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibəti Rusiyada yüksək qiymətləndirilir”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov keçirilən birgə mətbuat konfransında bildirib.

“Əsrlər boyu xalqlarımızı birləşdirmiş və bizə miras qalmış dostluğu möhkəmləndirməkdə davam edirik. Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibətini yüksək qiymətləndiririk”, - Lavrov deyib.

O, dövlətlər arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirildiyini vurğulayıb.

Onun sözlərinə görə, payızda Rusiyada Azərbaycan Mədəniyyət Günləri fevtivalı davam edəcək, həmçinin Rusiya teatrlarının Azərbaycana qastrolları baş tutacaq.

“Bu sahədə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb”, - XİN başçısı diqqətə çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin