Rusiya MN: 2 minə qədər ukraynalı hərbçi mühasirəyə alınıb

2022/05/sdfsd-1653833089.jpg
Oxunub: 419     13:22     24 İyun 2022    
Luqanskın Qorskoe və Zolotoe yaşayış məntəqələrində Ukrayna ordusunun, millətçi batalyonların və xarici muzdluların 2 minə qədər döyüşçüsü mühasirəyə alınıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-leytenant İqor Konaşenkov açıqlama verib.

O, Rusiya qüvvələrinin son sutka ərzində Ukraynaya məxsus 2 Su-25 təyyarəsini Xarkov və Nikolayev vilayətləri üzərində vurduğunu qeyd edib.

Bundan başqa, Odessa şəhəri yaxınlığında S-300 zenit-raket kompleksinin məhv edildiyi bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin