XİN rəhbəri: “Münasibətlərin normallaşmasının süni şəkildə uzadılması mənfi təsirlərə gətirib çıxarır”

2022/04/626be-1651240937.jpg
Oxunub: 336     13:39     24 İyun 2022    
“Münasibətlərin normallaşmasının süni şəkildə uzadılması mənfi təsirlərə gətirib çıxarır və bu, böyük risklərə səbəb olur”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.

O deyib ki, Azərbaycan da münaqişənin keçmişdə qaldığını bəyan edir: “Ermənistanla münasibətləri normallaşdırmaq üçün bütün üçtərəfli bəyanatları yerinə yetirmək lazımdır. Azərbaycan üçün prioritet işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Yaxın gələcəkdə biz məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasının şahidi olacağıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Bayramov  


Bizi "telegram"da izləyin