ANAMA əməkdaşlarının Cəbrayılda düşmənin basdırdığı tələ minalara düşdüyü məlum olub

2021/04/hokm_-1618732209.jpg
Oxunub: 437     13:01     24 İyun 2022    
Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 225 nəfər minaların qurbanı olub.

Ordu.az xəbər verir ki, bunu ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib.

O, bu yaxınlarda ANAMA əməkdaşlarının Cəbrayılda minaya düşdüklərini xatırladıb:

“Minaların qurbanları arasında ANAMA əməkdaşları da var. Onlar düşmən tərəfindən quraşdırılan tələ minalarına düşüblər və nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alıblar”.

ANAMA rəsmisi diqqətə çatdırıb ki, hazırda minatəmizləmə fəaliyyətində heç bir problem yoxdur, verilmiş tapşırıqlar prioritetlərə uyğun olaraq davam etdirilir.


Xatırladaq ki, bir müddət əvvəl Cəbrayılda mina partlaması nəticəsində ANAMA-nın bir neçə əməkdaşı xəsarət alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Cəbrayıl  


Bizi "telegram"da izləyin