Polşa ordusuna 70 ədəd “Cougar” döyüş maşını təhvil verilib

2022/06/First-1655981471.jpg
Oxunub: 441     17:21     24 İyun 2022    
Polşa ordusunun sifariş verdiyi 300 ədəd “Cougar” döyüş maşınının ilk partiyası təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blasçak məlumat yayıb.

İlk partiyaya 70 ədəd maşın daxildir. ABŞ Ordunun istifadə etdiyi maşınlar tezliklə Polşanın şərqində yerləşən hərbi hissələrə çatdırılacaq.

Logistika və təlim paketi də daxil olmaqla, müvafiq saziş 8 dekabr 2021-ci ildə 27,5 milyon ABŞ dolları məbləğində imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   ABŞ  


Bizi "telegram"da izləyin