Ordu.az xəbər verir ki, bunu erməni politoloq, Ermənistanın Siyasi Araşdırmalar Mərkəzi vitse-prezidenti Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, KTMT üzvlərinin Ukraynadakı müharibəyə cəlb edilməsi prioritet məsələdir.
“Mafiya mənsubları kimi, əlləri qana bulaşsa, geriyə yolları olmayacaq, beynəlxalq təcrid vəziyyətində qalacaqlar, Avrasiya inteqrasiyasını dərinləşdirməkdən başqa alternativləri olmayacaq. Bunun, məsələn, rəsmi müttəfiqlərin və əslində vassalların dəstəkləməyə borclu olduqları “sülhməramlı” əməliyyat şəklində necə formalaşdırılacağı ikinci dərəcəli sualdır. Rusiyanın KTMT üzvlərindən hərbi yardıma ehtiyacı yoxdur. Ən azından simvolik dəstəyin mənası onları cinayətə cəlb etməkdir. Yeri gəlmişkən, Rusiyadan narazılıq yeni deyil. Hələ mart ayında Qazaxıstan və Qırğızıstanı biabır etmək, eyni zamanda Baş nazirin Paris səfərləri və ya xarici işlər nazirinin Brüssel səfərləri ilə bağlı Ermənistanı hədələmək tendensiyası var idi”, - deyə Qriqoryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az