Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Qeyd olunub ki, lakin Paşinyanın indiki siyasətinin köklərini görmək üçün ilk növbədə keçmişinə nəzər salmaq lazımdır.
“Əvvəla, qeyd edək ki, uzun illər Paşinyanın işi şayiələr yaymaq, populizm, manipulyasiya və daha ağrılı desək, ədavət və nifrət alovlanması olub. Paşinyanın fəaliyyəti heç vaxt konstruktiv xarakter daşımadığından və belə desək, “əlavə dəyər” yaratmağa yönəldiyindən düşmən imicinin formalaşması və cəmiyyətdə böyük parçalanmalar yaradan iş üslubu köməyə gəlib. Əvvəla, o və onun kimi bəzi dairələr illərdir Qarabağdakı əhaliyə qarşı düşmənçilik törədirlər. Məsələn, “1 Mart” hadisələri zamanı o bildirirdi: “Biz şəhərimizi qarabağlı gədələrdən azad etməliyik”. Bu, sadəcə olaraq partlayış deyildi, xəyanət idi. Baş nazir postunu tutandan sonra da onun yanaşmalarında heç bir dəyişiklik olmayıb. Əksinə, Ermənistanla Qarabağ (qondarma qurum – red.) arasında münasibətlər gərginləşib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az