Cənubi Koreya və Norveç birgə döyüş maşınları və uzun mənzilli atəş sistemlərində tərəfdaşlıq edəcək

2022/06/CYTQY-1655979961.jpg
Oxunub: 415     17:02     28 İyun 2022    
Cənubi Koreyanın “Hanwha” və Norveçin “Kongsberg” şirkətləri birgə piyada döyüş maşınları və uzun mənzilli dəqiq atəş sistemləri inkişaf etdirmək üçün anlaşma memorandumu imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri məlumat yayıb.

“Hanwha Defence” və onun Avstraliyadakı törəmə şirkəti əvvəllər K21 və “Redback” kimi zirehli döyüş maşınları hazırlayaraq təhvil verib. Norveç şirkəti raket sistemləri istehsal edir.

“Hanwha Corporation” dəqiq idarə olunan döyüş sursatları və raketlər üzrə ixtisaslaşmış Cənubi Koreyanın aparıcı müdafiə şirkətidir. O, Amerika istehsalı olan M270 Yaylım Atəşli Reaktiv Sistemlərini (YARS) əvəz etmək üçün K239 “Chunmoo” raketlərini hazırlayıb.

“Chunmoo” 130 mm, 227 mm və 230 mm raketlərdən istifadə edən çoxkalibrli raket sistemidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   Norveç  


Bizi "telegram"da izləyin