İtaliyada ilin sonuna kimi F-35A qırıcıları üçün yeni aviabaza açılacaq

2022/06/PDYH7-1655892747.jpg
Oxunub: 581     14:48     27 İyun 2022    
İtaliyada Hərbi Hava Qüvvələrinin F-35A qırıcıları üçün ikinci aviabaza açılacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Defense News” nəşri yazıb.

Aviabazanın ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Hazırda İtaliyanın şimalındakı Qedi aviabazasında F-35A-ların yerləşdirilməsi üçün işlər aparılır. Bu bazada indiyədək “Tornado” qırıcıları yerləşdirilib.

İtaliya indiyədək almağı planlaşdırdığı 60 F-35-dən 16-nı təhvil alıb, təyyarələrdən 2-si hazırda ABŞ-da pilot təlimlərində iştirak edir, qalan 14-ü isə Amendola avibazasındadır.

İtaliya, həmçinin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri üçün 30 ədəd F-35B almağı planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   F-35  


Bizi "telegram"da izləyin