Ermənistanın 4 liderinin uğursuzluğunu şərtləndirən yeganə amil – Azərbaycanın Haqq Savaşı

2021/04/c2ecc-1618235187.jpg
Oxunub: 895     10:39     27 İyun 2022    
Ermənistanda daxili siyasi inkişaflar davam edir. Dünya qaynayır, Rusiya-Ukrayna müharibəsi bitmir, avropalılar vasitəçilik etməkdə davam edirlər. Dünya açıq şəkildə iki yerə bölünüb, Şərq və Qərb sivilizasiyaları toqquşur, kiçik dövlətlər seçim qarşısındadır. Ancaq Ermənistan üçün ənənəvi problemlər həll edilməmiş qalır.

Ermənistan hansı istiqamətə meyillənəcək. İrəvan faktiki olaraq dilemma ilə üzləşib: Sülh və müharibə.

Məlumdur ki, Qarabağ məsələsi üzrə danışıqlar prosesi həmişə fəal siyasi diskurs mövzusu olub. Adi ermənilər həmişə dinləyici rolunda olub və məlumat sahibi olanlar danışıqların mahiyyətini sırf öz faydalı tonu ilə ictimaiyyətə təqdim edib. Məsələn, bu yaxınlarda Nikol Paşinyan deyir ki, ona müharibəyə səbəb olan fəlakətli danışıqlar paketi qalıb. Serj Sarkisyan danışıqlarda müstəsna irəliləyişdən, ermənipərəst mühitdən və beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana hərtərəfli dəstəkdən danışır. Bir qədər də uzağa gedərək Robert Köçəryan dövrünə keçək. O deyir ki, onun hakimiyyəti dövründə Qarabağ probleminin həlli üçün ən rasional olan Madrid Prinsipləri yaradılıb. Əvvəllər isə məsələnin mərhələli şəkildə həll edilməli olduğunu deyən Ter-Petrosyan hakimiyyətdə olub.

Ermənistanda “siyasi peyğəmbər” adı qazanmış Petrosyan 25 il əvvəl qüvvələr nisbətinin gec-tez dəyişəcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Ter-Petrosyan bu məsələdə haqlı idi. Azərbaycan varlandı və silahlandı, Ermənistan isə sonda yoxsullaşdı və məğlub oldu. Lakin bu dörd liderdən hansının daha praqmatik, realist, soyuq və ayıq siyasət yeritdiyini, hansı həll yolunun daha uğurlu olduğunu, hansının Qarabağ münaqişəsinin həllinə ən yaxın olduğunu söyləmək çətindir, çünki yenə də geniş ictimaiyyətin danışıqlar, gizli və açıq görüşlər zamanı tərəflərin səsləndirdiyi və populyarlaşdırdığı məqsədlər, pərdəarxası planlar barədə kifayət qədər məlumatı yoxdur. Fakt odur ki, erməni liderlərdən heç biri işğalın davam etdirilməsində uğur qazana bilmədi, çünki son nəticədə Azərbaycanın haqq savaşına çevrildi.

Hələ də gündəmə gətirdiyi nizamlanma variantının ən perspektivli olduğunu düşünən Ter-Petrosyan uğursuzluğa düçar oldu. Madrid prinsiplərinin təbliğini və Putinlə qəddar dostluğu siyasi düşüncəsinin zirvəsi hesab edən Köçəryan uğursuz oldu. Sarkisyan Vyanada, Sankt-Peterburqda, Kazanda təxribatlar həyata keçirərək danışıqları yekunlaşdıra bilmədi. Danışıqlar prosesinə sıfırdan başlamaq, mikroinqilablar etmək istədiyini düşünən Paşinyanı da iflasa uğratdı.

Azərbaycan isə artıq sualı Qarabağdan yox, Zəngəzurdan verir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zəngəzur   Qarabağ  


Bizi "telegram"da izləyin