"Airbus" çoxdomenli hərbi əməliyyatlara qabaqcıl rəqəmsal imkanlar gətirir

2022/06/75375-1655806317.jpg
Oxunub: 469     17:46     01 İyul 2022    
Sürətlə inkişaf edən qlobal təhlükəsizlik çağırışlarının mövcud olduğu müasir dünyada qərarların qəbulu və cavab tədbirləri üçün məlumat toplamaq, təhlil etmək və istifadə etmək bacarığı həmişəkindən daha vacibdir.

Ən qabaqcıl rəqəmsal imkanlarını çoxdomenli hərbi əməliyyatlara tətbiq etməklə, “Airbus” şirkəti bütün domenlərdə: hava, quru, dəniz, kiber və kosmosda missiya baxımından kritik hərbi platformaları və sistemləri birləşdirən qüsursuz inteqrasiya həlləri təqdim edir.

Bu həllər 13-17 iyun tarixlərində Paris yaxınlığındakı Villepinte Sərgi Mərkəzində baş tutan “Eurosatory 2022”də nümayiş olunub.

“Airbus Defence and Space” hərbi şəbəkələrin təhlükəsizliyini təmin etmək və məlumatları qorumaq üçün MTLID müdafiə xarakterli kibermüharibə sistemini inkişaf etdirib.

Şirkətin “Aliaca” adlı PUA-sı 50 ilə 100 km məsafədə 3 saatdan 6 saata qədər missiyaları yerinə yetirməyə imkan verir və giroskopik stabilləşdirilmiş EO/İQ faydalı yükləri ilə ağır ekoloji şəraitdə həssas missiyalara mükəmməl uyğunlaşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Airbus   Fransa  


Bizi "telegram"da izləyin