İsrail “Rest” adlı istiqamətləndirmə sistemlərini təqdim edib

2022/06/asdsa-1655803375.jpg
Oxunub: 410     15:12     29 İyun 2022    
İsraildə yerləşən “Elbit Systems” şirkəti “Rest” adlı yeni istiqamətləndirmə sistemlərini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Hazırlanmış sistem klassik bombaların çeşidini genişləndirəcək və istiqamətləndirmə qabiliyyətini təmin edəcək.

Bildirilir ki, hazırlanmış istiqamətləndirmə sistemi artıq bir neçə müxtəlif döyüş başlığına inteqrasiya olunub və istənilən bombanı dəqiq idarə olunan sursata çevirə bilir.

“Rest” adlı yeni istiqamətləndirmə sistemi INS/GPS naviqasiyasına malikdir. Müdaxilə əleyhinə cihazlara malik olan “Rest” maksimum 120 kilometr məsafəyə malikdir və “atdım-unutdum” prinsipi ilə istifadə edilə bilər. “Rest” heç bir avionik dəyişiklik olmadan Qərb və Şərq blokunun təyyarələrinə inteqrasiya oluna bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İstiqamətləndirmə-sistemləri  


Bizi "telegram"da izləyin