Erməni müharibə iştirakçısı: “Güllə istədiklərinə görə könüllüləri döydülər”

2022/06/s5ads-1655717265.jpg
Oxunub: 481     10:59     27 İyun 2022    
“Adım Levondur. 41 yaşım var, Artaşatın Ayqepat kəndindənəm”.

Ordu.az xəbər verir ki, bunu erməni müharibə iştirakçısı, keçmiş müqaviləli hərbi qulluqçu Levon Xaçatryan deyib.

Xaçatryan narazılığını bildirib ki, Ermənistan Müdafiə Nazirliyi onu 44 günlük müharibənin iştirakçısı kimi tanımaq və bu statusdan irəli gələn imtiyazları vermək istəmir.

“Lakin oktyabrın 10-da könüllü şəkildə Kəlbəcərə getmişəm, 4-cü müdafiə rayonunun 105 nömrəli mövqeyində olmuşam, hərbi komissar Arayik Muradyanın dəstəsində Qubadlı döyüşlərində iştirak etmişəm, yaralanmışam, çoxlu videolarım var, mənim müharibəyə getməyim, silah almağım faktı isə Artaşat hərbi komissarlığında qeyd olunub. Mən tabor komandiri Hayrapetyanla mübahisə etmişəm. Onlar zabitlərlə iki könüllünü ayaqlarının altına salmışdılar. Onları yerdən qaldırmağa, su verməyə çalışdım, döyənlərə dedim ki, türksünüz? Güllə istədiklərinə görə oğlanları döydülər”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə-iştirakçısı  


Bizi "telegram"da izləyin