Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Qeyd olunub ki, söhbət Berddən gedir, orada da rus qoşunları olacaq.
“Müvafiq qərar hökumətin dünənki iclasında qəbul edilib. Söhbət əməliyyat və yerləşdirmə məqsədləri üçün hərbi bazanın yerləşdirmə məntəqələrində dəyişiklik edilməsindən gedir. Əsaslandırmada qeyd olunur ki, Ermənistan ərazisində yerləşən Rusiya cəbhəsinin hərbi birləşmələrinin tərkibində və hərbi bazanın məntəqələrinin ünvanlarında dəyişikliklər baş verib. Bu məqsədlə Ermənistan və Rusiya Rusiya hərbi birləşmələrinin tərkibində dəyişiklik nəticəsində onların fəaliyyəti üçün şəraitin təmin edilməsinə yönəlmiş protokol imzalayacaqlar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az