Tayvan ən müasir yerli zirehli maşınlarını nümayiş etdirir

2022/06/ads-c-1655538770.jpg
Oxunub: 402     12:12     06 İyul 2022    
Tayvan administrasiyası yerli istehsal CM-34 “Clouded Leopard” zirehli maşınlarını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, yeni döyüş maşını adanın mərkəzi hissəsindəki istehsal sahəsində görülüb.

Maşının “Mk44 Bushmaster” 30 millimetrlik silahla təchiz edildiyi və üç kilometrə (1,9 mil) qədər məsafədəki hədəfləri vura bildiyi qeyd olunur.

Səkkiz təkərli CM-34 əlverişsiz hava şəraitində belə müxtəlif hərbi missiyaları dəstəkləmək üçün nəzərdə tutulub.

İstehsal müəssisəsinin rəsmisi “Reuters” agentliyinə bildirib ki, Jijidəki zavod ayda altıya qədər zirehli maşın istehsal edə bilər. Müəssisənin indiyədək Tayvan ordusuna 173 ədəd zirehli maşın təhvil verdiyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Zirehli-maşın  


Bizi "telegram"da izləyin