ABŞ Ordusu kiberkorpusun gücünü ikiqat artıracaq

2022/06/QIC2W-1655377579.jpg
Oxunub: 426     21:00     28 İyun 2022    
ABŞ Ordusu aktiv fəaliyyət göstərən kiber qüvvələrinin sayını iki dəfə artıracaq.

Ordu.az xəbər verir ki, bu barədə “Armytimes” nəşri yazıb.

Bildirilir ki, Kiber Missiya Qüvvələri komandaları, radioelektron müharibə qruplarının sayının artması kiberkorpusun gücünü 3000-ə yaxın şəxsi heyətdən 6000-ə qədər artıracaq.

Gözlənilən artım ABŞ Ordusunun quruda, havada, dənizdə, kosmosda və kiber məkanda çoxdomenli əməliyyatlarla mübarizə aparması və Ukraynadakı qanlı döyüşlərdən dəyərli məlumatlar əldə etməsi fonunda baş verir.

ABŞ Şərqi Avropada həm Rusiyanın hücumundan əvvəl, həm də sonra şəbəkələrini gücləndirib və bu yaxınlarda Ukrayna qoşunlarına radioelektron mübarizə vasitələri ilə bağlı təlimlər keçib.

ABŞ Ordusu 2023-cü maliyyə ilində kiber və İT fəaliyyətləti üçün 16,6 milyard dollar tələb edib. Təxminən 9,8 milyard dollar məbləğində vəsait Ordu şəbəkəsi üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kiberkorpus  


Bizi "telegram"da izləyin