İsrail PUA-lar quraşdırılan robot tipli döyüş maşınının sınaqlarına başlayır

2022/06/das-1655377539.jpg
Oxunub: 2108     12:58     27 İyun 2022    
İsrail ordusu PUA-larla təchiz edilən robot tipli döyüş maşınının sınaqlarına başlayır.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, bütün ərazilər üçün nəzərdə tutulmuş Orta Ölçülü Robot Döyüş Vasitəsi (M-RCV) PUA-ların daşınması üçün quraşdırılmış sistem və qabaqcıl manevr imkanları da daxil olmaqla, bir sıra “müasir texnologiyalar”ı özündə birləşdirir.

Robot platforması 30 mm-lik avtonom qüllə, tank əleyhinə müdafiə sistemi və “Spike” tank əleyhinə idarə olunan raketlərin buraxılması üçün “İsrail Aerospace Industries” tərəfindən istehsal olunan raket buraxılış qurğusu ilə təchiz edilib.

Robot döyüş maşını Parisdə keçirilən “Eurosatory” Müdafiə və Təhlükəsizlik Sərgisində təqdim edilir. Nazirlikdən bildiriblər ki, onun sınaqlarına 2023-cü ildə başlanılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Robot  


Bizi "telegram"da izləyin