Nikaraquada Pentaqon-NATO zərbəsi?

2020/04/img_2-1585995832.jpg
Oxunub: 394     13:43     27 İyun 2022    
Nikaraqua rəsmiləri Rusiya qoşunlarını “humanitar” və “təlim” məqsədləri üçün ölkəyə səfərə dəvət etdiklərini açıqlayıb. Onlar səfərin adi olduğunu bildirib.

FFF nəşri qeyd edir ki, əslində Rusiya qoşunlarının səfərində adi heç nə yoxdur.

“Pentaqonun buna necə reaksiya verdiyini görmək maraqlı olacaq. İndiyədək Pentaqonun heç bir reaksiyası olmayıb və Nikaraquanın Rusiya ilə hərbi ittifaqa girmək “hüququnu” müdafiə edən heç bir yazı dərc olunmayıb”, - deyə nəşr bildirib.

Müəllif yazır ki, Ukraynadakı böhranın əsas səbəbi bu ölkənin NATO-ya qoşulmaqla bağlı istəkləridir.

“Əgər NATO Ukraynanı qəbul etsə, Pentaqon Rusiyanın bir addımlığında olacaq. Rusiya uzun müddətdir ki, bunun “qırmızı xətt” olduğunu və onun keçməsinə icazə verməyəcəyini açıq şəkildə bəyan edib. Bu Kuba böhranına bənzəyir, ABŞ rəsmiləri 1962-ci ildə Kubada Sovet nüvə raketlərinin quraşdırılmasına icazə verməkdən imtina etdilər. Rusiyanın hücumunu sürətləndirən də bu idi.

Bəs onda Nikaraqua haqqında nə demək olar? O, Rusiya ilə ittifaqa girsə nəticəsi nə olacaq. Pentaqon və onun əsas mətbuat müşavirləri niyə bu suallara səssiz qalırlar?”, - deyə müəllif bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nikaraqua   NATO  


Bizi "telegram"da izləyin