Çin istehsalı portativ HHM sistemlərinin qeyri-qanuni ticarəti artır – HESABAT

2022/06/cin-1655376066.jpg
Oxunub: 370     13:43     29 İyun 2022    
Son illərdə Çin istehsalı daşına bilən (portativ) Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin qeyri-qanuni ticarəti əhəmiyətli dərəcədə artıb.

Ordu.az xəbər veir ki, bu barədə “Drive” nəşri ABŞ-da yerləşən beyin mərkəzinin hesabatına istinadən yazıb.

Porativ HHM sistemləri son aylarda mətbuat səhifələrində daha çox görünür. ABŞ və onun tərəfdaşları Ukraynaya Rusiya hava vasitələrini vurmaq üçün minlərlə “Stinger” adlı portativ raketlər göndərir.

Hesbatda bildirilir ki, 2011-ci ildən bəri 7 ölkədə ən azı 17 müxtəlif silahlı qrupda Çin istehsalı HHM sistemləri aşkar edilib. Sözügedən silahlar arasında ən çox diqqət çəkən 1990-cı illərə aid olan və İraq və Livanda qeyri-dövlət subyektləri tərəfindən istifadə edilən sovet dizaynlı “İqla” sistemləri əsasında hazırlanmış FN-6 raketləridir. Bundan başqa QW-18 seriyalı HHM sistemləri də diqqət çəkir.

Hesabatda silahların əsasən Yaxın Şərq və Afrikada istifadə edildiyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   HHM   Afrika  


Bizi "telegram"da izləyin