Xarici səyyahların işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

2022/06/1655361572.jpg
Oxunub: 2912     10:30     16 İyun 2022    
Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfərinə start verilib.

Ordu.az xəbər verir ki, səfərdə 10 ölkədən - Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən 24 nəfər dünyaca tanınmış səyyah iştirak edir.

Bu gün Xocavənd rayonunda "Daş dövrün" adamlarının yaşadığı "Azıx mağarası"na baxdıqdan sonra nümayəndə heyəti Şuşa şəhərinə səfər edəcək.

Günün ikinci yarısı isə səfər ermənilərin xarabalığa çevirdiyi Ağdam şəhərinin qalıqlarına və Azərbaycan dövlətinin apardığı yenidənqurma işləri ilə tanışlıqla başa çatacaq. Ayın 17 -i isə səyyah qrupunun Kəlbəcər və Laçın rayonlarına səfəri nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdam   Xocavənd  


Bizi "telegram"da izləyin