Vaşinqton Suriyada Rusiyanın yerinə Türkiyənin olmasını istəyə bilər? – ANALİZ

2022/06/56756-1655725161.jpg
Oxunub: 2909     16:40     20 İyun 2022    
Cəmi bir neçə il bundan əvvəl dünyanın gözü Suriyaya dikilmişdi, indi dünyanın diqqəti Ukrayna və Çinə yönəlib. Rusiyanın təlim poliqonu olan Suriyada yeni zorakılıqlar ola bilər. Amerika üçün bu böhran Yaxın Şərqdə itirilmiş təsir imkanlarını bərpa etmək üçün bir fürsətdir.

Amerika qoşunları hələ də Suriyadadır. Rus qoşunları, Türkiyə qoşunları da oradadır. Hər üç təsir zonası ümumi sərhədi bölüşür. Amerika YPG-nin nəzarəti altında olan ərazilərdə, Rusiya Əsəd qüvvələrinin nəzarət etdiyi bölgələrdə, Türkiyə isə Suriyanın şimalında, öz sərhədlərinə yaxın ərazidə patrul reydləri aparır.

Amerika 2014-cü ildən İŞİD-i məğlub etmək üçün YPG ilə əməkdaşlıq edir. YPG Kobani qəsəbəsində İŞİD-ə qarşı müqavimət göstərərkən Vaşinqtonun diqqətini çəkdi. İraqdakı kürd peşmərgələrindən fərqli olaraq YPG qaçaq vəziyyətində yaşayırdı və mərkəzi hökumətə baş qaldırmışdı. Amerikanın hava hücumları İŞİD-i ağır məğlubiyyətə düçar etdi. ABŞ İŞİD-in məğlub olmasından sonra da YPG-yə dəstək verdi. Bu, ABŞ-ın Suriyada mövcudluğunu qoruması üçün əsas yol idi. Ancaq YPG-nin Türkiyəyə qarşı düşmənçiliyi, terror fəaliyyətləri Suriyada ABŞ və Türkiyəni qarşı-qarşıya gətirdi.

YPG Türkiyəyə terror hücumlarına rəhbərlik edən PKK-nın dəstəyi ilə yaranıb. Türkiyə YPG-nin cənub sərhədindəki təsirindən narahatdır. Türkiyə Suriyanın şimalında həm İŞİD, həm də YPG-yə qarşı bir sıra əməliyyatlar həyata keçirdi. Ankara Suriyanın şimalında bir sıra ərazilərə nəzarət edir. Amerika Türkiyəyə güzəştlər müqabilində demilitarizasiya etməyə və ABŞ-Türkiyə birgə patrullarına icazə verməyə razılaşıb.

Bununla belə, Donald Tramp 2019-cu ilin oktyabrında YPG-nin nəzarəti altında olan əksər ərazilərindən Amerika qüvvələrini çıxarmağa başladı. ABŞ qüvvələri yalnız neftlə zəngin Deyr əz-Zor vilayətində qaldı. Türkiyə bundan sonra Suriyanın şimalında yenidən əməliyyat keçirdi və Rusiya qoşunlarını ABŞ-ın çıxdığı ərazilərdə patrul xidmətinə dəvət etməyə məcbur etdi.

Amerika qüvvələri YPG-nin nəzarəti altında olan ərazilərdə patrul edir, Türkiyənin dəstəklədiyi qüvvələr sərhəd zolağında, qalan hissəsində isə Rusiya patrul reydləri keçirir. Lakin Rusiya son vaxtlar Ukraynadakı müharibəyə görə Suriyadan bəzi qoşunlarını çıxarmaq məcburiyyətində qalıb, xüsusilə də Suriya üzərində daha az döyüş əməliyyatları ilə kifayətlənib. Hazırda Rusiyanın burada iradəsi və ya qabiliyyətinin olub-olmadığı aydın deyil, buna görə də Türkiyənin yenidən zərbə endirməsi üçün fürsət gözləyir.

Ərdoğan YPG-nin nəzarəti altında olan Menbic və Tel Rıfatdakı terrorçuları təmizləmək niyyətində olduğunu açıq şəkildə bildirib. Türkiyə Rusiyanın geri çəkiləcəyini və onun irəliləməsinə imkan verəcəyini düşünür? Ola bilsin, bəli. Rusiya və Amerika qüvvələri Suriyanın şimalında tam nəzarəti bərpa edə bilməyib.

Rusiyanın Türkiyəyə cavab vermək qabiliyyətini saxlaması, xüsusən də Putinin davamlı hərbi zəiflik nümayiş etdirməsi fonunda aydın deyil. Əksinə, Türkiyə bütün kartları əlində saxlayır. Türkiyə Bosfora çıxışa nəzarət edir və beləliklə, Qara dəniz donanması Rusiya gəmilərini dayandıra bilər. Türkiyənin “Bayraktar” PUA-ları Ukraynada da Rusiyaya qarşı effektiv olduğunu sübut edib. Eyni zamanda Rusiyanın Menbic və ya Tel Rıfatda qalmaq həvəsi çox güclü deyil. Təbii ki, Rusiya Əsədi dəstəkləmək istəyir, lakin YPG onun hakimiyyəti üçün uzunmüddətli təhlükədir. Əsəd və Rusiya YPG-nin ağır itkilər verməsinin müəyyən ərazinin itirilməsinə dəyəcəyini düşünə bilər. Əsəd, şübhəsiz ki, Deyr əz-Zorun neft quyularını istəyir. Lakin Suriyanın şimalı heç vaxt çox firavan bir bölgə olmayıb.

Bununla belə, Türkiyənin yeni əməliyyatı Amerikanın da narazılığına səbəb olub. Bir çoxları ABŞ-ın Suriyadan geri çəkilməsini tənqid edir. Onlar bu çəkilmənin Rusiya və Türkiyəyə fayda verdiyini bildirir. Ancaq Suriyada Amerikanın gücü Türkiyə qoşunlarının qarşısını almağa çata bilməz. Ankara Türkiyə və ABŞ arasında son dönəmlər yaşanan yaxınlaşmadan da istifadə edir. Hər bir halda Türkiyə NATO ölkəsidir və ABŞ-ın hərbi tərəfdaşıdır. Vaşinqton niyə Rusiyanın yerinə Türkiyənin olmasını istəməsinki?

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Suriya   Rusiya  


Bizi "telegram"da izləyin