“Brüsselin Qarabağ istiqamətində aktivləşməsi Kremlin maraqlarına ziddir” - Markedonov

2017/11/345345354435345_1509814397.png
Oxunub: 3106     12:40     13 İyun 2022    
“Avropa İttifaqının Rusiyadan başqa öz motivasiyası və maraqları var”.

Ordu.az xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi, ekspert və politoloq Sergey Markedonov deyib.

Politoloqun sözlərinə görə, Brüsselin bu cür aktivliyi Kremlin maraqlarına ziddir.

“Aydındır ki, Aİ Rusiyanı gücləndirmək istəmir. Şarl Mişel sanksiyaların müdafiəsində çox fəaldır. Mişel həm də Kiyev ətrafında baş verən hadisələr və Buça qalmaqalı zamanı Moskvanın tənqidçisi kimi çıxış edib. Brüssel üçün postsovet münaqişələrini həll etmək məsələsində səmərəli olduğunu göstərmək vacibdir”, - deyə Markedonov qeyd edib.

O bildirib ki, Rusiya çox şey edib: “Rusiya çox şey edib, indi isə belə çıxır ki, Aİ qiymətli kağızların kənarlarını kəsir, sanki Rusiya yoxdur”.

Alpər Mövludoğu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Brüssel  


Bizi "telegram"da izləyin