Ordu.az xəbər verir ki, bu barədə “Globe newswire” nəşri yazıb.
Bildirilir ki, müqavilənin ümumi dəyəri 50 milyon dollardır. Razılaşma çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələrinə şirkətin Təkmil Məlumat Ötürmə Sistemi (ADTS) təhvil veriləcək. Müqavilənin müddəti 3 ildir.
Kibertəhlükəsizlik qabiliyyətinə malik məlumat, video və audio ötürə bilən ADTS missiya məlumatlarını missiyadan əvvəl və sonrakı təhlillər üçün təhlükəsiz şəkildə platformalara göndərmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Mercury Systems” aerokosmik və müdafiə sənayesinə xidmət göstərən qlobal kommersiya texnologiya şirkətidir.
Sevinc Əliyeva
Ordu.az