Ordu.az xəbər verir ki, bu barədə Amerikanın “Star Tribune” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Nəşr qeyd edir ki, iqlim dəyişikliyi ABŞ-ın strateji baza şəbəkəsini risk altına qoyur.
“İqlim dəyişikliyi, həmçinin daha gözlənilməz, yüksək dağıdıcı fırtınalar gətirdiyi üçün məhdud dəniz resurslarına tələbləri artırır”, - deyə nəşr bildirib.
Bildirilir ki, iqlim dəyişikliyi okean coğrafiyasını genişləndirməklə yeni milli təhlükəsizlik problemi yaradır.
“Arktika tarix boyu ilin çox hissəsində donmuş vəziyyətdə olub. İndi buzlar parçalanır, ilin çox hissəsi üçün nəqliyyat zolaqları açılır və zəngin karbohidrogen yataqları əlçatan olur. Arktika Rusiya və NATO ölkələri, o cümlədən ABŞ, Kanada, Danimarka, İslandiya, Norveç və tezliklə İsveç və Finlandiya arasında böyük güc rəqabəti üçün daha geniş məkana çevrilir”, - deyə müəllif bildirib.
Məqalədə qeyd olunur ki, ABŞ-ın milli təhlükəsizlik qurumu iqlim problemləri ilə bağlı daha geniş beynəlxalq əməkdaşlığı inkişaf etdirməlidir.
Sevinc Əliyeva
Ordu.az