Dünyada hərbi xərclər niyə artır?

2022/06/1654760744.jpg
Oxunub: 505     11:22     27 İyun 2022    
İspaniya, Tailand, Almaniya, Yaponiya, Niderland kimi ölkələr hərbi xərclərini artırmaq qərarına gəlib. Buna səbəb Rusiyanın Ukraynaya hücumudur.

“Eurasia review” nəşri yazır ki, silah şirkətləri bu tendensiyadan narahat deyil, onların ehtiyatları artır. ABŞ-ın silah ixracı növbəti beş aparıcı silah ticarəti ölkəsinin ixracını üstələyir. İlk yeddi ölkə silah ixracının 84%-ni təşkil edir.

Əvvəlki yeddi il ərzində Rusiyanın əlində olan beynəlxalq silah ticarətində ikinci yeri 2021-ci ildə Fransa tutub.

Bir çox hallarda, dövlətlər hərbi xərclərini artırdıqda, bu, ABŞ hökuməti qarşısında öhdəliyi yerinə yetirmək kimi başa düşülür. Məsələn, Yaponiyanın Baş naziri Co Baydenə Yaponiyanın ordu üçün daha çox pul xərcləyəcəyinə söz verib. Bəzi hallarda bu, NATO-nun tələbidir. Tramp və Bayden NATO-ya fərqli mövqelərdən yanaşsalar da, onların bu ittifaqa üzv ölkələrdən əsas tələbi budur: Silah al!

Hərbi xərclərin azaldılması və artmasına müxtəlif amillər təsir göstərir. Hərbi xərclərin azaldılmasının səbəbləri bunlardır: nüvə riskinin həmişəkindən daha yüksək olması, silahların ətraf mühitə vurduğu ziyan, dəhşətli insan itkiləri, iqtisadi zəifləmə, qlobal əməkdaşlıq, ətraf mühit və sağlamlıq üçün daha çox pula ehtiyac olması.

ABŞ-da hərbi xərclərin artırılmasına səbəb olan amillərə aşağıdakılar daxildir: bir çox seçki kampaniyaları silah alverçiləri tərəfindən maliyyələşdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-xərclər   ABŞ  


Bizi "telegram"da izləyin