Bununla yanaşı, inflyasiya xüsusilə enerji və ərzaq bazarlarında problemlidir, bu da qlobal iqtisadi tsikllərə ciddi təsir göstərir. Təsadüfi deyil ki, belə bir şəraitdə beynəlxalq strukturlar builki iqtisadi artımla bağlı qiymətləndirmələrini aşağı salır, hətta qlobal resessiya proqnozlaşdırırlar. Digər tərəfdən, xarici borclara xidmət bir sıra ölkələr üçün ciddi problemə çevrilib. Məsələn, Şri-Lanka bu yaxınlarda xarici borc defoltu elan etdi. Onlarla inkişaf etməkdə olan ölkə də defolt təhlükəsi ilə üz-üzədir, burada ictimai narazılıqlar güclənir və etiraz aksiyaları keçirilir.
Eyni zamanda, milyonlarla insanın aclıqdan ölə biləcəyi ilə bağlı hesablamalar var. Hətta BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, əgər beynəlxalq ictimaiyyət bu gün ərzaq böhranının qarşısını almaq üçün tədbir görməsə, bir çox ölkələr illərlə ac qala bilər. Təbii ki, dünya iqtisadiyyatında müşahidə olunan tendensiyalar Ermənistan iqtisadiyyatına da öz təsirini göstərməyə bilməz.
Ermənistan üçün ən böyük problemlər Rusiyaya qarşı misli görünməmiş sanksiyalardır. Bu, Rusiya iqtisadiyyatında geriləmə və dinamikanın azalmasına gətirib çıxaracaq və nəticədə digər ölkələrin iqtisadi artımı ləngiyəcək. Beynəlxalq enerji və ərzaq məhsulları bazarlarında baş verən hazırkı proseslər isə erməni bazarı üçün inflyasiya gözləntilərini daha da artıracaq. Belə bir şəraitdə Ermənistan Mərkəzi Bankının 12 aylıq inflyasiyanın 2022-ci ilin sonuna kimi 7% civarında olacağı ilə bağlı proqnozları çox yumşaq səslənir.
Ancaq Ermənistan iqtisadiyyatında müəyyən sabitlik olursa, bu, yalnız xarici borclar hesabına həyata keçirilir. Artıq Ermənistanın dövlət borcu ÜDM-in 60%-ni keçib. Təkcə 2022-ci ilin birinci rübündə Ermənistan dövlət borcunu təqribən 131 milyon dollar artıraraq 9 milyard 356,6 milyon dollar və ya 4 trilyon 569,3 milyard dram təşkil edib. Eyni zamanda ölkədə vəd edilmiş investisiya axını yoxdur, bəzi sahələrdə istehsal varsa, bu, əhəmiyyətsizdir.
İqtisadi fəaliyyət mühiti isə biznesin inkişafı və azad rəqabətin təmin edilməsi üçün əlverişli deyil. Paşinyan hakimiyyəti sahibkarlara istənilən vaxt təzyiq göstərməyə, onların hüquqlarını pozmağa imkan verən qanunvericilik sahəsi yaradıb. Bu arada, Paşinyan hakimiyyətinin 4 ili ərzində o və komandası inqilabi vədlərdən heç bir əskiklik hiss etməyib.
Rusiyadan Ermənistana böyük informasiya texnologiyaları mütəxəssisləri axını var, lakin bunun Paşinyan hakimiyyət orqanlarının işi ilə heç bir əlaqəsi yoxdur. Üstəlik, bu fenomen müvəqqətidir, Rusiyada vəziyyət sabitləşəndə rusiyalı İT mütəxəssisləri öz ölkələrinə qayıdacaqlar. Belə çıxır ki, vəziyyət o qədər acınacaqlıdır ki, Ermənistan 2019-cu ilin böhrandan sonrakı səviyyəsinə belə çata bilməyib. Ona görə də təsadüfi deyil ki, bir çox ekspertlər, Ermənistanın iqtisadi perspektivləri ilə bağlı kifayət qədər bədbin proqnozlar verirlər.
Aqil Məmmədov
Ordu.az