İlana Qarşı Əjdaha: PUA və motosiklet döyüşünün konseptuallaşdırılması

2022/06/1654159110.jpg
Oxunub: 4939     10:32     02 İyul 2022    
Artıq səmalarda yalnız reaktiv mühərrikli və “stels” (radara daha az görünən) qabiliyyətə malik hava vasitələri hökmranlıq etmir. PUA və motosiklet müharibə doktrinasında inqilab yaradıb. Hərbi cəhətdən geridə qalan və ya texnoloji cəhətdən inkişaf etməyən kiçik ölkələr səmada oyun sahəsini bərabərləşdirə bilər.

Buna misal olaraq Qarabağdakı müharibəni göstərmək olar. Müharibədən əvvəl Azərbaycan Türkiyə və İsrailin Pilotsuz Uçuş Aparatlarına (PUA) sərmayə qoymuşdu və bu PUA-lar Azərbaycanın qələbə qazanmasında həlledici rol oynadı. Daha sonra Efiopiya hökuməti İran və Türkiyə istehsalı PUA-lardan istifadə edərək qiyamçıların paytaxtı ələ keçirməsinə mane oldu.


Tarixi nümunələr

Almanlar İspaniya Vətəndaş Müharibəsindən blitzkriq taktikalarını öyrəndilər və onu daha sonra öz doktrinalarına tətbiq etdilər. Ümumiyyətlə böyük dövlətlər İspaniya Vətəndaş Müharibəsini yeni doktrinalar və avadanlıqlar üçün sınaq meydançası kimi görürdülər.

Almaniyanın məşhur “Kradschützen Truppen” motosiklet bölmələri müharibədən sonra çəkilən İkinci Dünya Müharibəsi ilə əlaqəli filmlərdə çox istifadə olundu. Müttəfiqlərin hərbçilərindən biri deyirdi ki, motosiklet qoşunlarının gücü onunla bağlıdır ki, onlar döyüş bölməsinin əsas tələblərini ən yüksək səviyyədə yerinə yetirirlər. Birincisi, onların sürətli hərəkətliliyi və hərəkət azadlığıdır, ikincisi isə onların möhtəşəm atəş gücü var. Burada qumbara, avtomatik tüfəng və avtomat silahı da daşımaq mümkün idi.

Müasir nümunələr

Eyni şeyi Azərbaycan və Ermənistan üçün də demək olar, daha böyük regional güclər Azərbaycana silah satdılar və onlar döyüşdə öz qabiliyyətlərini sübut etdilər. PUA müharibəsi bu gün realdır. Hətta hazırda onların sürü halında istifadə olunması müzakirə olunur. İran pikap yük maşınına quraşdırıla və oradan buraxıla bilən “Şahed-136” adlı kamikadze PUA-ları istehsal edib. Bu PUA-ların üstünlüyü iqtisadi cəhətdən səmərəli olması və kiçik ölçüləri ilə şəhər mühitində istifadə oluna bilməsidir.

Kamikadze PUA-ları hər bir hədəf üçün təhlükə yaradır. Piyada, nəqliyyat vasitələri, təyyarələr, rabitə avadanlığı və s. bu silahlarla məhv edilə və ya zədələnə bilər. Bu silahlar piyada bölmələri üçün unikal problem yaradır, çünki onlar sürətlə buraxılır və sürətlə hədəfini məhv edir.


Onlar artıq yeni taktikalarla tətbiq olunur. Kamikadze PUA-lar qiyamçılar və kəşfiyyat qüvvələri tərəfindən istifadə edilən motosikletlərdə yerləşdirilir.

Müasir bölmələr, xüsusən də Afrikadakı qiyamçılar artıq motosikletləri öz doktrinalarının mühüm hissəsi kimi qəbul ediblər. Malidə sülhməramlılar, eləcə də qiyamçılar motosikletlərdən aktiv şəkildə istifadə edilər. Onların sürəti və manevr qabiliyyəti sıx və qayalı ərazidə misilsizdir. Onların sürəti həm də düşmən təyyarələrindən sürətlə gizlənməyə imkan verir.


Afrikada kəndlərə amansız hücum edən qiyamçılar müasir qeyri-ənənəvi motosikletlərlə döyüş sənətinə yiyələniblər. Onlar bir göz qırpımında düşmən qüvvələrini tez bir zamanda üstələyir və qabaqlayır. Onlar kəşfiyyat imkanlarını artırır və böyük silahları quraşdırmaq üçün istifadə edilə bilər.

Texnologiyadakı bu inkişaflar Ukraynadakı son müharibədə motosikletlərdən istifadə edilməsinə səbəb oldu. Ukraynanın tərəfində döyüşən gürcü legionunun komandiri mətbuata bildirib ki, onlar elektrik mühərrikli motosikletlər axtarırlar. Ukrayna qoşunlar üçün “Eleek Atom” elektrik motosikleti, eləcə də “Delfast” elektrik velosipedləri istehsal edilir. Elektrik mühərriklər qoşunların səssiz hərəkət etməsinə imkan verir.


Döyüşlərdə bu yeni tendensiya PUA-lara qarşı təsirli ola biləcəyini göstərdi. Fransa illərdir motosikletlə hücum edən qiyamçı qruplara qarşı PUA-lardan istifadə edib, lakin onlara qarşı əsasən uğursuz olub.

Motosikllər at üstündə hərəkət edən oxatanlar kimi sürətli, sərfəli və “vur-qaç” tərzi hücumlar və qiyamçılar üçün əla vasitələrdir. Onlar hələlik PUA-ların və onların operatorlarını aldada bilirlər.


Döyüş meydanının gələcəyi

Tarix göstərir ki, ənənəvi müharibədə adətən sürət və sürətli manevrlə qalib gəlmək mümkündür. Bu, təkcə fərdi əsgərə deyil, həm də qüvvələrin komanda və dəstək strukturuna aiddir.

PUA və motosikletlər sürət və uyğunlaşma qabiliyyətinə əsaslanır. Hava əleyhinə dəstək və artan manevr qabiliyyəti olan quru qüvvələrinə qarşı PUA-lar uğurlu olmaya bilıər.

Motosikletçilər aşkarlanmamaq üçün meşələrdə, darısqal şəhər bloklarında gizlənə və ya uçurumun kənarında hərəkət edə və bunu sürətlə edə bilərlər. Bu amillər çox güman ki, orduların və qiyamçıların artan avtonom PUA ordusunu üstələmək üçün daha sürətli motosiklet müharibəsi doktrinası qəbul etməsinə səbəb olacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlan   Əjdaha   Bayraktar  


Bizi "telegram"da izləyin