Azad edilmiş ərazilərdə məcburi köçkünlərin dayanıqlı məskunlaşması üçün tədbirlər görülür

2022/05/1654010001.jpg
Oxunub: 3291     18:13     31 May 2022    
Mayın 31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Ordu.az xəbər verir ki, görüşdə nəzərə çatdırılıb ki, məcburi köçkünlərin dayanıqlı məskunlaşması, işğaldan azad edilmiş ərazilərin abad guşələrdən birinə çevrilməsi üçün dövlət tərəfindən mühüm tədbirlər görülür.

Ərazilər minalardan təmizlənir, rabitə-kommunikasiya xətləri bərpa edilir, müasir infrastruktur yaradılır. Bir neçə gün öncə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edib. Yaxın günlərdə kənd sakinlərinin doğma yurdlarına köçürülməsinə başlanılacaq.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Komitə   Qarabağ  


Bizi "telegram"da izləyin