Finlandiyanın NATO-ya qoşulması ABŞ-a nə qədər sərfəlidir? - ANALİZ

2022/07/1656676690.jpg
Oxunub: 2743     15:58     01 İyul 2022    
Finlandiya və İsveç Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olmaq üçün müraciət etdi və artıq üzvlük üçün son addımlar atılır. Əksər Qərb şərhçiləri üçün bu əla xəbərdir. Finlandiya və İsveç NATO tərəfi üçün mükafatdır və onların üzvlüyü Rusiyanın hücumunu cəzalandırmaq üçün yeni üsuldur. Əksər NATO paytaxtlarında, xüsusən də Vaşinqtonda üstünlük bu dövlətlərlə müttəfiqliyin xərclərini və faydalarını qiymətləndirən debatdan daha çox tacqoyma mərasiminə verilir.

Finlandiya ilə bağlı vəziyyət xüsusilə problemlidir. Finlandiyanın uzun müddət neytrallığı təhlükəsizliyin qarantı olub. Ancaq indi hərbi ittifaqa qoşulması onun təhlükəsizliyini təhdid edir. Qərb ölkələri, xüsusilə ABŞ ölkənin NATO-ya qoşulması tam başa çatanadək onu dəstəkləməlidir.

Finlandiyanın NATO-ya üzv olmaq istəyi başa düşüləndir. Ölkənin prezidenti Sauli Niinistö Rusiyanın Finlandiyanın üzvlüyünə qarşı səsələndirdiyi təhdidə belə cavab verib: “Buna siz səbəb oldunuz. Güzgüyə baxın”.

Bu, proses zamanın özü kimi köhnədir: Dünya daha qorxulu görünəndə ölkələr öz müdafiələrini gücləndirməklə və/yaxud ittifaqlara qoşulmaqla daha çox təhlükəsizliyə nail olurlar. Lakin Finlandiyanın maraqları digər NATO ölkələrinin maraqları ilə eyni deyil və onun alyansa, xüsusən də Birləşmiş Ştatlara faydaları kiçikdir.

Rusiyanın Finlandiyaya hücumu az ehtimal olunan ssenaridir. Rusiya qüvvələri Ukraynada dalana dirənib və hərbçilər əvəz edilənə qədər öldürülür. Rusiyanın Finlandiyaya hücumu üçün hərbi, siyasi və ya iqtisadi resursları azdır. Finlandiyanın Ukrayna kimi Kremldə nevrologiya yaratdığına dair heç bir işarə yoxdur. Rusiya Finlandiyanı təhdid edə bilər, amma tezliklə yox.

Qısamüddətli hücum riskinin aşağı olması, ilk növbədə NATO-ya üzvlük ehtiyacının əleyhinədir. Bundan başqa Finlandiya ordusu ölkəyə hücumun qarşısını almaq üçün kifayət qədər bacarığa sahibdir.

Finlandiya elə də çox əhalisi olmayan və Rusiya ilə 820 mil sərhədə malik böyük bir ölkədir. 6 milyondan az vətəndaşı olan Finlandiyanın bütün aktiv qüvvəsinin kiçik olması başa düşüləndir. Quru qüvvələrində 17 min, dənizdə 3400 və hava qüvvələrində 3050 hərbçi var. Ehtiyat tam səfərbər edildikdə, ümumi rəqəmlər 300.000-dən bir qədər çox olur. Finlandiya ərazi müdafiəsindən başqa heç nə üçün təlim keçmir. Ona görə NATO-nun xaricdəki missiyalarına az töhfə verə bilər.

Əgər Finlandiya kifayət qədər təhlükəsizdirsə və NATO-ya öz hüdudlarından kənarda az töhfə verə bilirsə, niyə qərb onun təşkilata üzv olmasından maraqlıdır? Maliyyə xərcləri böyük olmasa da, əhəmiyyətsiz də deyil. Son hesabatlardan birində Finlandiyanın NATO-ya daxil olmasının ABŞ-a öncədən 1-5 milyard dollara və illik 550-730 milyon dollara başa gələcəyi təxmin edilir.

Ancaq xərclərin çox olması daha vacibdir. Ən böyüyü odur ki, daxildə böyük iqtisadi problemlərlə üzləşən və Asiyada təhlükəsizlik mənzərəsi pisləşən ABŞ-ın Avropanı avropalılara təhvil verməli olduğu bir vaxtda o, Avropa təhlükəsizliyini NATO ətrafında gücləndirir. Rusiyanın Ukraynaya hücumunun şoku Avropa dövlətlərini öz təhlükəsizlikləri üçün daha çox işlər görməyə vadar edib. Avropanın oyanışı Rusiyanın səriştəsizliyi ilə birləşərək Avropanın özünü müdafiə edə biləcəyini göstərir.

Bu mülahizələr ən azı yeni üzvlərin qəbulu üçün yekdillik tələb olunan 30 NATO dövlətində qızğın müzakirə edilməlidir. Bu ölkələrin vətəndaşları vətənlərini müdafiə etmək üçün potensial olaraq döyüşməyə razıdır. ABŞ və NATO liderləri bu demokratik reallığa hörmət etmək əvəzinə, sadəcə olaraq bildirirlər ki, alyans yeni müraciət edənlərin üzvlüyünü dəstəkləyəcək. NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın üzvlüyünün “hamar və sürətli” olacağını bildirib.

Norveçli Stoltenberqin NATO-nun Finlandiya və İsveçin üzvlüyünü bu qədər müdafiə etməsi təəccüblü olmamalıdır. NATO-nun davamlı reallığı ondan ibarətdir ki, cəbhəyanı dövlətlər həmişə təşkilatın sərhədlərini özlərindən daha da uzaqlaşdırmağa və yeni cəbhəyanı dövlətə doğru çəkməyə dəstək veriblər. Amma baş katib səsvermə hüququna sahib deyil. Qərarın yalnız ondan asılı olduğunu düşünməsi yalnışdır, yeni üzvlər tam səs çoxluğu ilə qəbul edilir.

Eyni zamanda, təşkilatın Finlandiyanı üzv etməyə çalışması problemləri olan üzv dövlətlərin bundan öz problemlərini həll etmək üçün istifadə etmələrini təşviq edə bilər. Türkiyə artıq PKK terrorçularını dəstəklədiyinə görə Finlandiyanın üzvlüyünə qarşı çıxdığını elan edib.

Birləşmiş Ştatlar Avropadakı əsas prinsiplərə qayıtmalıdır, bu da bacarıqlı dövlətlərə Rusiyanın gücünü balanslaşdırmaq imkanı vermək deməkdir. NATO-nun bu gün müdafiə etdiyi periferiyalar XX əsrdə iki Avropa müharibəsindən sağ çıxıb.

Bəlkə də, Finlandiya NATO olmadan daha yaxşı vəziyyətdə ola bilər və ABŞ-ın müdafiəsindən imtina etməklə Vaşinqton və Helsinki arasında münasibətlər çox zərər görməməlidir. Əgər avropalılar bu prosesi müdafiə etmək istəyirlərsə, deməli, bunun üçün planlar hazırlamalıdırlar. Bu gün NATO daha çox ABŞ vergi ödəyicilərindən Avropa vergi ödəyicilərinə köçürmə ödənişləri üçün bir vasitə kimi xidmət edir. Avropadan geri çəkilmək Birləşmiş Ştatlara hər il ən azı 80 milyard dollar qənaət edəcək. İndi ABŞ-ın Avropadan geri çəkilmə vaxtıdır, orada genişlənmə vaxtı deyil.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   NATO   ABŞ  


Bizi "telegram"da izləyin