Ərdoğan Azərbaycana birgünlük səfər edəcək

2022/03/56362-1648217521.jpg
Oxunub: 428     23:20     27 May 2022    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana birgünlük səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Azərbaycanın Müstəqillik Günündə baş tutacaq səfər çərçivəsində prezident Ərdoğan Türkiyə xaricində ilk dəfə paytaxt Bakıda təşkil edilən aviasiya, kosmos və texnologiya festivalı “TEKNOFEST Azərbaycan”ı ziyarət edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   TEKNOFEST  


Bizi "telegram"da izləyin