Şimali Makedoniyanın XİN başçısı Ukraynanın İrpin şəhərində olub

2022/05/1653650364.jpg
Oxunub: 294     15:21     27 May 2022    
Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Ukraynanın İrpin şəhərində olub.

Ordu.az xəbər verir ki, o, şəhərə səfəri zamanı mülki əhaliyə hücumlara görə məsuliyyət daşıyanların hamısının cavab verməli olduğunu bildirib.

“İrpendə şahidi olduğum dağıntılar sözlə ifadə edilə bilməz. Mülki əhalini hədəfə almaq müharibə cinayətidir və tamamilə qəbuledilməzdir. Günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar”, - B.Osmani tviter səhifəsində yazıb.

O vurğulayıb ki, Şimali Makedoniya Ukrayna xalqının ədalətli mübarizəsini qətiyyətlə dəstəkləyir.

“Bu gün Kiyevdə olmaq mənim üçün şərəfdir. Ukrayna bizim ümumi azadlıq və demokratiya dəyərlərimizi qorumaqda ön sıralardadır”, - XİN başçısı söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makedoniya   İrpen  


Bizi "telegram"da izləyin