Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin Ermənistan hakimiyyətinə yaxın olan mənbəsinin məlumatına görə, Avropa Şurası İttifaqının Prezidenti Şarl Mişel prosesi sürətləndirmək, növbəti gün delimitasiya komissiyalarının tərkibini açıqlamaq və liderlərin ilk görüşünü keçirmək zərurətində təkid edib.
“Qarabağa gəldikdə, Mişel açıq şəkildə bildirib ki, Azərbaycan Qarabağın təhlükəsizliyinə zəmanət verməlidir. Mişel bildirib ki, İlham Əliyev Paşinyan faktorunu oynamağa çalışıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az