"Sərhədlərin delimitasiyası üzrə ilk görüş konstruktiv keçdi" - Qriqoryan

2022/05/image-1652870170.jpg
Oxunub: 300     14:33     27 May 2022    
"Ermənistanla Azərbaycan arasında sərhədlərin delmitasiyası üzrə milli komissiyalarının mayın 24-də baş tutan birinci görüşü konstruktiv keçdi".

Ordu.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan TASS-a müsahibəsində bildirib.

“Mayın 24-də sərhəddə birinci görüş keçirdik. Bu görüşdə gələcəkdə birgə fəaliyyətin təşkili məsələlərini müzakirə etdik. Bu baxımdan, görüşü tamamilə konstruktiv hesab edirəm. Sərhədlərin delimitasiya və təhlükəsizliyi məsələləri üzrə komissiyanın növbəti görüşünün tarixi barədə hələ razılıq yoxdur. Ancaq görüşün Moskvada keçirilməsi təsdiqlənib”, - o qeyd edib.

M.Qriqoryanın sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiya xəttlərinin açılması üzrə Üçtərəfli İşçi Qrupun iclası gələn həftə Moskvada keçiriləcək: “Bu görüşün konkret tarixinin müəyyən edilməsi razılaşdırılır. Görüşün gündəliyinə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatının icrası daxildir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Sərhəd  


Bizi "telegram"da izləyin