Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan bildirib.
O qeyd edib ki, Ermənistan hakimiyyəti heç bir nəticə çıxarmayıb, geri çəkilməyə və məğlubiyyəti təşviq etməyə davam edir.
“Əhalinin bu hakimiyyətin hansı faciəyə səbəb olduğunu, hansı sürətlə bizi Türkiyə-Azərbaycan illüziyasına sürüklədiyini dərk etməyən hissəsi ilə işləməliyik. Mübarizəmizə daha çox insan cəlb etməliyik”, - deyə sabiq erməni nazir vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az