Ordu.az “168.am” nəşrinə istinadən xəbər verir ki, erməni general Xaçaturov KTMT-nin 30 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün dəvət olunub.
Xatırladaq ki, 2018-ci il iyulun 26-da KTMT-nin o vaxtkı Baş katibi Yuri Xaçaturov Ermənistanın konstitusiya quruluşunu pozmaqda ittiham olunub, ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb.
2018-ci il noyabrın 2-də KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə Yuri Xaçaturov KTMT-nin Baş katibi vəzifəsindən azad edilib. KTMT-nin saytı bildirir ki, onun vəzifədən azad edilməsi Ermənistan tərəfinin təşəbbüsü ilə həyata keçirilib. Xaçaturov 2017-ci il mayın 2-də KTMT-nin Baş katibi vəzifəsini üzərinə götürüb.
Alpər Mövludoğlu
Ordu.az