Ermənistan MTX-yə 6,2 milyon dollardan çox vəsait ayrılıb

2020/10/13174-1603088731.jpg
Oxunub: 223     15:12     27 May 2022    
Ermənistan Milli Təhlükəsizlik Xidmətinə 2,9 milyard dramdan çox (6,2 milyon dollardan çox – red.) vəsait ayrılıb.

Ordu.az xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin mayın 26-da keçirilən iclasında qəbul edilib.

Vəsaitlərin müdafiə xərclərinin yerinə yetirilməsinə yönəldiləcəyi bildirilir.

Qərar nəticəsində Ermənistan MTX-nin qarşısına qoyulmuş tapşırıqların daha effektiv şəkildə yerinə yetiriləcəyi qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-MTX   Korrupsiya