Mövlud Çavuşoğlu: "İsveç və Finlandiyadan terrorçularla əlaqələrini kəsməsini istəyirik"

2022/03/78978-1647711378.jpg
Oxunub: 252     13:36     27 May 2022    
“İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı Türkiyənin mövqeyi çox konkretdir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniya və Polşadan olan həmkarları ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

O deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın mövqeyini həm Finlandiya, həm də İsveç liderlərinə çatdırıb.

“Türkiyə NATO-nun açıq qapı siyasətini hər zaman dəstəkləyib. Bizim etirazımız həmin ölkələrin terror təşkilatlarını dəstəkləməsi ilə bağlıdır. Biz Finlandiya və İsveçin narahatlığını başa düşürük. Amma hər kəs də bizim təhlükəsizliyimizlə bağlı tədbirlərimizə hörmətlə yanaşmalıdır.

Zamanla bizim mövqeyimizi dəyişməyə vadar edəcəkləri barədə düşünmək doğru deyil. Bizim tələblərimizin həyata keçirilməsi qeyri-mümkün deyil. Hansısa ölkədən adlarını dəyişməsini istəmirik. Sadəcə həmin dövlətlərin terrorçularla əlaqələrini kəsməsini istəyirik”, - o söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çavuşoğlu   Türkiyə  


Bizi "telegram"da izləyin