Ordu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, buna görə də 18 yaşdan sonra şəhid ailəsi statusu qüvvədən düşmüş olur: “18 yaşdan yuxarı şəxslərin şəhid ailəsinin üzvü statusunun düşməsi ilə bağlı məsələ araşdırılır. Onlar hansısa mənəvi dəstək istəyirlər. Hazırda bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində məsələ müzakirə edilir. Onu da qeyd edim ki, hazırda yalnız şəhid olmuş şəxsin əlilliyi olan övladı olarsa, onlara şəhid ailəsi statusu ömürlük verilir. Bu məsələ əks-halda olanda ondan sui-istifadə halları arta bilər. Dgər tərəfdən, 15 mindən çox müharibə veteranı statusu daşıyan insanlar var. Bununla bağlı Müdafiə Nazirliyində və ƏƏSMN-də araşdırma aparılır”.
Ordu.az