Çavuşoğlu: “İsveç və Finlandiyaya mesajlarımızı açıq şəkildə çatdırdıq”

2022/03/78978-1647711378.jpg
Oxunub: 193     13:31     27 May 2022    
İsveç və Finlandiyaya mesajlarımızı açıq şəkildə çatdırdıq. İki ölkənin də terrorla mübarizədə konkret addımlar atmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda rumıniyalı və polşalı həmkarları ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, terrorizm NATO və müttəfiqlərə qarşı yönəlmiş ən asimetrik təhlükədir və onunla mübarizə təşkilatın yeni strateji konsepsiyasında yer almalıdır.

Bundan əlavə, Çavuşoğlu Türkiyənin Polşa va Rumıniya ilə münasibətlərini strateji birlik səviyyəsinə yüksəltmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə, bu il üç ölkənin liderlərinin samiti də həyata keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çavuşoğlu   İsveç   Finlandiya  


Bizi "telegram"da izləyin