“I Qarabağ savaşında itkin düşənlərin çoxu orqan alverinin qurbanı olub” - Sahib Alıyev

2022/05/1653643834.jpg
Oxunub: 319     13:29     27 May 2022    
“İnsan alveri ən çox gəlir gətirən alverlərdən biridir”.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyib.

Deputat bildirib ki, cinsi istismardan sonra ikinci yerdə məhz insan orqanlarının alqı-satqısı gəlir: “Bu, dünyada çox təhlükəli həddə gəlib çatıb. Hətta “orqan köçürməsi turizmi” deyilən termin yaranıb. Bu, “qırmızı bazar” kimi qiymətləndirilir. Keçən il ABŞ-ın 92 senatoru ölkənin aparıcı universitetlərdən birində qanunsuz orqan transplantasiyası aparıldığı və bu zaman abortdan faydalandıqları ilə bağlı araşdırmayla əlaqədar sorğu göndərdilər. Bu onu göstərir ki, hətta qanunvericilik sistemi təkmilləşmiş ölkələrdə belə bu cür hallar mövcuddur”.

Sahib Alıyev qeyd edib ki, işğal altındakı ərazilər azad edildikdən sonra işğal dövründə erməni vandallarının qızıl dişlər üçün işğal altında olmuş ərazilərdə qəbirlərimizi dağıtması halları üzə çıxıb: “Biz orqan köçürmələrində həssas ölkəyik. Ona görə həssas ölkəyik ki, orqan alqı-satqısının qadağan olunmadığı ölkələrdən biri bizim qonşuluğumuzda yerləşir. Bizə müəyyən təhdidlər var. Eyni zamanda biz I Qarabağ savaşı zamanı itkin düşmüşlərimizin çoxunun orqan alverinin qurbanı olduğunu da bilirik. Biz belə vəhşiliklərlə üzləşmişik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sahib-Əliyev  


Bizi "telegram"da izləyin