Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniya və Polşadan olan həmkarları ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
M.Çavuşoğlu Türkiyənin Polşa və Rumıniya ilə iqtisadi-ticarət əlaqələrini 10 milyard dollara yüksəltmək istədiyini söyləyib: "Polşa və Rumıniya ilə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldımaq istəyirik".
Qeyd edək ki, Türkiyə, Rumıniya və Polşa arasında üçtərəfli əməkdaşlıq formatı 10 ildir fəaliyyət göstərir.
Ordu.az