Ordu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Asim Mollazadə deyib.
Deputat bildirib ki, təşkilat bu hesabatı artıq internetdən yığışdırıb: “Həmin təşkilat o hesabatı 1994-cü ildə çap etmişdi. Lakin hazırda həmin hesabat yox olub, təşkilatın internet səhifəsində də yoxdur. Biz törədilən hərbi cinayətlərin ciddi araşdırılmasını davam etdirməliyik. Azərbaycan hüquq-mühafizə orqanları bu məsələni yenidən qaldırmalıdır, hərbi cinayətləri törətmiş erməni cəlladları məsuliyyətə cəlb olunmalıdır”.
Ordu.az