Selçuk Bayraktar Şuşadan müraciət etdi: “Hər kəsə ilk fürsətdə ziyarət etməyi tövsiyə edirəm”

2022/05/1653640226.jpg
Oxunub: 246     12:28     27 May 2022    
“Hər kəsə ilk fürsətdə “TEKNOFEST Azərbaycan”ı, Qarabağ və Şuşanı ziyarət etməyi tövsiyə edirəm”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar deyib.

“Mədəniyyətimizin qədim mədəniyyət mirasından olan Şuşanı ziyarət etdik. Burada təbiətdə nadirən olan, yaxamda döş nişanı olaraq taxdığım xarıbülbül gülünü görmək fürsətimiz oldu. Həmçinin xarıbülbül çiçəyini mənə və həyat yoldaşıma hədiyyə etdilər. Onun xatirəsini yaşatmaq üçün gözümüz kimi baxıb saxlayacağıq”, - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   Şuşa  


Bizi "telegram"da izləyin