Minaya düşmüş şəxsə əlillik artıq terror səbəbindən veriləcək

2021/12/4e9fe-1639382365.jpg
Oxunub: 215     12:12     27 May 2022    
Terror səbəbindən zərərçəkmiş şəxslərlə bağlı yeni əlillik səbəbi müəyyənləşdirilib.

Ordu.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev "Sosial saat"da deyib.

O bildirib ki, müstəqillik dövründə terrorda zərərçəkmiş şəxslərin siyahısı müvafiq qurumlarla birgə müəyyənləşdirilib:

"İşğaldan azad olunmuş ərazilərdə minaya düşmüş şəxsə əlillik əvvəl ümumi səbəbdən verilirdi. Lakin bundan sonra terror səbəbindən veriləcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mina   Terror  


Bizi "telegram"da izləyin