Ağdamda Daxili Qoşunların hərbçisi minaya düşüb - YENİLƏNİB

2020/05/vzriv-1589022045.jpg
Oxunub: 477     14:16     27 May 2022    
Mayın 27-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, əsgər Ömərov Seyidağa Mirzağa oğlunun həmin gün Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən Ordu.az-a bildirilib ki, daxil olan məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Ağdam Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

*****

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarovun minaya düşməsi faktı ilə bağlı Ağdam Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Ordu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

*****

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb.

Bu barədə Ordu.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ə.Umarov Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb. Daha sonra yaralı hospitala yerləşdirilib, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdam   Mina   DİN  


Bizi "telegram"da izləyin