Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 29 750 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 1 322 ədəd tankı, 3 246 ədəd zirehli döyüş maşını, 623 ədəd artilleriya sistemi, 201 ədəd YARS-i (yaylım atəşli reaktiv sistem), 93 hava hücumundan müdafiə sistemi, 206 ədəd hərbi təyyarəsi, 170 ədəd helikopteri, 115 qanadlı raketi, 2 226 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 503 ədəd dronu və 48 ədəd xüsusi texnikası məhv edilib.
Ordu.az