Arestoviç: "Ukrayna üçün cəbhədəki vəziyyət dəhşətlidir"

2022/04/5de70-1649511162.jpg
Oxunub: 380     04:52     27 May 2022    
Cəbhədəki hazırkı vəziyyət Ukrayna ordusu üçün dəhşətlidir.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Aleksiy Arestoviç deyib.

O bildirib ki, Ukrayna qoşunlarının hücumu dəf etmək üçün lazım olan silahları olmadığından Rusiya sıxışdırmağa davam edir.

“Biz əraziləri tamamilə itirməsək də Rusiya ordusun müqavimət imkanarımız məhdudur. Cəbhədə təzyiq hər gün artacaq. Burada vəziyyət bizim üçün dəhşətlidir”, – deyə Arestoviç vurğulayıb.

Prezident Aparatının nümayəndəsinin sözlərinə görə, bu gün ruslar Ukrayna qoşunlarını uzaqmənzilli silahlarla vurur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin