Erməni hərbi qulluqçunun atası: “Paşinyanın dindirilməsi üçün 7 gün vaxt vermişik”

2022/05/atasd-1653474498.jpg
Oxunub: 317     10:44     27 May 2022    
Ermənistan Baş naziri Nikol Paşinyanın dövlətə xəyanətdə ittiham olunmasını tələb edən 44 günlük müharibədə ölmüş erməni hərbi qulluqçuların 40-a yaxın valideyni mayın 20-də ölkənin İstintaq Komitəsinin sədri Argişti Kyaramyanla görüşüb.

Ordu.az xəbər verir ki, erməni hərbi qulluqçuların valideynləri Kyaramyandan Nikol Paşinyanın dindirilməyə çağırılmasını tələb etdiyindən görüş gərgin keçib.

“O buna pis reaksiya verdi, biz də ona 7 gün vaxt verdik ki, Nikol Paşinyanı dindirməyə çağırsın. Əgər xahişimiz yerinə yetirilməsə, görüşün təfərrüatlarını açıqlayacağıq. Bu bizim saxlayacağımız şərtdir, çünki çoxlarından fərqli olaraq əxlaqımız var”, - deyə ölmüş erməni hərbi qulluqçu Arman Azatyanın atası Vigen Azatyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin