Danışıqlardan sonra nə Ermənistan, nə də Azərbaycan liderləri jurnalistlərin suallarını cavablandırmayıblar. Yalnız Avropa Şurasının rəhbəri qısa açıqlama verərək tərəflərin regionda yolların və kommunikasiya kanallarının açılması barədə də razılığa gəldiyini bildirib.
Erməni iqtisadçı Baqrat Arakelyan qeyd edib ki, danışıqlar qapalı formatda aparılıb, lakin Aİ Prezidenti mötərizəni açıb.
Onun sözlərinə görə, Ermənistan danışıqlara Qərbi və ABŞ-ı cəlb etməyə meyllidir.
“Qərbin iştirakı ilə Qarabağ münaqişəsində irəliyə doğru kiçik addımlar atacağıq. Rəsmi İrəvanın atdığı addımlar tamamilə doğrudur, bu, sabitliyə gətirib çıxaracaq”, - deyə Arakelyan bildirib.
Erməni mütəxəssis vurğulayıb ki, erməni diasporu Ermənistandakı hərəkatı dəstəkləmir, diplomatik prosesləri izləyir.
Alpər Mövludoğlu
Ordu.az