Ermənistan MN özünü ifşa edir| Azərbaycan SQ-nin Şükürtaz yüksəkliyi sektorunda irəlilədiyi təsdiqləndi

2021/12/16142-1639130797.jpg
Oxunub: 4875     15:08     24 May 2022    
Ermənistan Müdafiə Nazirliyi “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Azərbaycan qoşunlarının Zəzgəzurda yerləşən Şükürtaz yüksəkliyi sektorunda irəliləməsi faktını təsdiqləyib.

Nəşr bildirir ki, mayın əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin/sərhədçilərinin təxminən bir il əvvəl Şükürtaz bölgəsində xeyli cənuba doğru irəlilədiyini yazıb.

“Mövqelərin yeri ilə bağlı məlumat Ermənistanın keçmiş Ombudsmanı Arman Tatoyanın dərc etdiyi məlumatlarla üst-üstə düşür. Lakin o zaman “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyi Tsav kəndi yaxınlığındakı ərazilərdə Azərbaycan Ordusunun mövqelərinin olmadığını bildirib”, - deyə nəşr bildirib.

Peyk xəritələrini araşdıran sayt peykdən çəkilmiş fotonu təqdim edərək və Şükürtaz yaxınlığında aparılan mühəndislik işlərinin aparıldığı əraziləri qeyd edərək yenidən Ermənistan Müdafiə Nazirliyinə sorğu göndərməyi qərara alıb və fotoda Azərbaycan mövqelərinin olub-olmadığını dəqiqləşdirməyi xahiş edib.

“Rəqibin mövqeləri 2021-ci ilin may-iyun aylarında oxlarla göstərilən nöqtələrdə yerləşdirilib”, - deyə Ermənistan MN-dən cavab veriblər.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin